"Nevrozun əlamətləri müxtəlif ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
Psixoloq bildirib ki, qayğılar, özgüvənin aşağı olması, depressiv hallar, həyəcan, təşviş, yemək, yuxu pozuntusu nevrozun əlamətləri ola bilər: "Bunlar bədəndə müxtəlif əlamətlərlə ortaya çıxa bilər. Yaranma səbəbi psixotravmatik hadisələrlə əlaqədar ola bilər. İnsanın hər hansı ehtiyacı alınmır, ödənmir, beyində ona görə konflikt gedir və nevroz yaranır. Əsas müalicə psixoterapiyadır. Psixoterapiyanın müxtəlif üsulları var. Hazırda olan müxtəlif istiqamətləri var ki, onlarla aparılmalıdır. Ağır hallarda dərmana, tibbi müalicəyə müraciət etmək olar. Amma ən ağır hallarda dərmana müraciət etmək yaxşı olardı. Qalan konflikt, streslər psixoterapiyanın müxtəlif istiqamətlərində işlənilə bilər".
"Əgər psixosomatikaya keçməyibsə, müayinələrdə heç bir dəyişiklik aşkar olunmayacaq. İnsan depressiyada olur, fikirləri qarışır, yuxu pozuntusu kimi hallar yaşanır. Səbəbləri odur ki, beyində konflikt gedir, o konflikti həll etmək lazımdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB