“Dini radikalizmin inkişafı dövlətin gələcəyi və insanların taleyi üçün çox təhlükəli məsələdir. Müəyyən dairələr bu həssas mövzunu yanlış yola çəkərək, insanları din pərdəsi altında öz niyyətlərinin qurbanına çevirə bilirlər. Məsələn, dini radikalizimin təsiri altına düşərək aldanılaraq Suriyada və İraqda döyüşməyə gedən insanlar öz talelərini məhvə aparmış oldular”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, dini radikalizm yayanların məqsədi də ətrafına yığdığı insanlardan öz məqsədləri üçün istifadə etmək planlarından irəli gəlir: “Ona görə də dövlətlər dini radikalizmin inkişafına qarşı mübarizəni həmişə aktual saxlamalıdır. Xüsusilə gənc nəsilin dini radikalizminə meyliliyindən uzaqlaşdırılmasını vacib hesab edirəm. Bunun üçün ilk növbədə islam dininin əsasları gənc nəsilə aşılanmalıdır. Gənclərin şüurunda din sahəsində boşluq yaranarsa, həmin boşluğu radikal dini meyllərlə doldurulmasını asanlaşdırır. Ona görə də gənc nəslin islam dininin dəyərləri ilə maarifləndirilməsini vacib məsələ hesab edirəm. Bu məqəsdlə gənclər üçün məşğələlər və dərnəklər təşkil etməklə islam dininin əsil dəyərlərini başa salamaq olar. İslam dini dəyərlərini düzgün mənimsəmiş insan radikal dini cərəyanına heç vaxt qoşulmaz.
Digər vacib bir məslə gənclərin asudə vaxtının düzgün təşkili məsələsinin öz həllini tapmasıdır. Gənclərin boş vaxtı olmamalıdır. Onlar mütləq şəkildə səmərəli fəaliyyətlə məşğul olmalıdırlar. Bunun üçün idman zallarında, gənclər mərkəzlərində gənclərlə iş aparmalı, onların həyatını maraqlı edəcəyi sahələrə diqqətləri cəlb edilməlidir. Bu gün ölkəmizdə vətənpərvər gənc nəsil formalaşmışdır. Buna da dövlətin apardığı düzgün gənclər siyasəti sayəsində nail olunmuşdur. Hesab edirəm ki, gənclər siyasətinin aparılması daha da dərinləşdirilməlidir. Belə ki, ölkənin ictimai-siyasi həyatında gənclərin rolu artırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB