"Burada istehsalçıların müəyyən hiyləsi gizlənir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Burada istehsalçıların müəyyən hiyləsi gizlənir" - MÜNASİBƏT BİLDİRİLDİ

Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır. Düzgün seçilmiş qablaşdırma materialı təzə və emal olunmuş qidaların saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi və istehlakı dövründə keyfiyyətinin qorunub saxlanmasında vacib amildir. Tarladan süfrəyədək” qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu vardır. Bəs təhlükəsiz qablaşdırma necə olmalıdır? Qablaşdırma materiallarının qida məhsullarına təsiri necədir? Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarını necə fərqləndirə bilərik?

SİA məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

O bildirib ki, qida qablaşdırma materialları müəyyən standartlar əsasında hazırlanır: "Lakin standartların özündə bütün dünyada problemlər var. Yəni biznesin inkişafı üçün standartlar bəzən istehlakçı hüquqlarını, sağlamlığını arxa planda qoyur. Bəzi yol verilən müsbət və mənfi xətalara icazə verir. Əlbəttə, plastik qablaşdırma birmənalı şəkildə istehlakçı sağlamlığı üçün uyğun deyil. Təsadüfi deyil ki, Azərbaycanda 4 ilə yaxındır ki, Ekologiya Nazirliyi tərəfindən plastik taralarla qablaşdırılmış qida məhsullarının plastik taradan imtina edilməsi barədə iş gedir. Plastik çəngəl, bıçaqların və sair məhdudlaşdırılması işi gedir.

Lakin, təəssüflər olsun ki, bu sahədə hələ ölkəmizdə ciddi dönüş yoxdur. Lakin qablaşdırma materialının istehlakçının seçim hüququnun təmin olunmasında da böyük rolu var. Məsələn, göy noxud dəmir və şüşə bankada qablaşdırılıb. Əlbəttə, şüşə bankada istehlakçı onu görür, rənginə baxır. Dəmir qablaşdırmada görmür. Belə hallarda artıq dəmir qablaşdırma edən istehsalçıların müəyyən hiyləsi də gizlənir. İstehlakçı onu alandan sonra bəzi nöqsanlar hiss edir. Bütün hallarda şüşə və kağız qablaşdırmaya üstünlük vermək lazımdır. Qablaşdırma materialı barədə malın üzərində ola bilsin ki, informasiya olsun. İstehlakçıların bu informasiyalara baxmasını tövsiyə edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə