“Müşahidəçi kimi heç bir qanun pozuntusu ilə rastlaşmadıq” - Mosine Sos

“Müşahidəçi kimi heç bir qanun pozuntusu ilə rastlaşmadıq” - Mosine Sos

“Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə dünən Kamboca nümayəndə heyəti olaraq seçki prosesində müşahidəçi qismində iştirak etdik”. SİA xəbər verir ki, bu sözləri brifinqdə çıxışı zamanı Kamboca Parlamentinin nümayəndə heyətinin rəhbəri Mosine Sos deyib.

O bildirib ki, Kamboca Krallığının nümayəndə heyəti olaraq müşahidəçi qismində seçki məntəqələrinin açılması anından başlayaraq səsvermə qutularının açılmasına qədər bütün məqamlarda yaxından iştirak etdik, mövcud vəziyyət ilə tanış olduq: “Müşahidəçi olaraq namizədlər və onların nümayəndələri, həmçinin seçicilərlə görüşmüş, söhbət aparmışıq. Qeyd etməliyik ki, seçkilər tam şəffaf şəkildə başa çatmışdır. Müşahidəçi kimi heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Həmçinin seçici fəallığının yüksək səviyyədə olması da diqqətimizi cəlb edən məqamlardan biri oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə