“Əhalinin bütün təbəqələri seçki prosesində əhatə olunmuşdu” - İskəndər Matraimov

“Əhalinin bütün təbəqələri seçki prosesində əhatə olunmuşdu” - İskəndər Matraimov

“Azərbaycan Respublikasında demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdı. Müxtəlif partiyalardan 7 nəfərin namizədliyinin irəli sürülməsi seçkilərin şəffaflığının göstəricisidir”. SİA xəbər verir ki, bu sözləri brifinqdə çıxışı zamanı Qırğızıstan Parlamentinin nümayəndə heyətinin rəhbəri İskəndər Matraimov deyib.

O bildirib ki, həm çap, həm də elektron mediada seçkiyə hazırlıq mərhələsində bütün namizədlərin təşviqat prosesinə mümkün imkanlar yaradılmışdı: “Müşahidənin nəticəsi olaraq qeyd etməliyəm ki, beynəlxalq standartlara əməl olunmuş, əhalinin bütün təbəqələri seçki prosesində əhatə olunub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə