“Gənclər seçki prosesinin təşkilində fəal iştirak etdilər” - Faysal Salim Rəhman

“Gənclər seçki prosesinin təşkilində fəal iştirak etdilər” - Faysal Salim Rəhman

“MSK seçki prosesinə çox yaxşı hazırlaşmışdı. Xüsusilə də seçki məntəqələrində KİV nümayəndələrinin olması sevindiricidir”. SİA xəbər verir ki, bu sözləri 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərinin yekunu ilə bağlı brifinq zamanı Pakistan Parlamentinin komitə sədri, heyət rəhbəri Faysal Salim Rəhman bildirib.

O bildirib ki, diqqətini çəkən məqam gənclərin seçki prosesinin təşkilində yaxından iştirakı olub: “Hər kəsi uğurla başa çatan seçki prosesi ilə əlaqədar təbrik edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə