“Seçkilər Ukrayna üçün təcrübə oldu” - Valeriy Kolyux

“Seçkilər Ukrayna üçün təcrübə oldu” - Valeriy Kolyux

“Biz Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə etmək şərəfinə nail olduq. Qeyd edək ki, indiyə qədər müxtəlif ölkələrdə seçkiləri izləmək təcrübəmiz olub”. SİA xəbər verir ki, bu sözləri 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərinin yekunu ilə bağlı brifinq zamanı Ukrayna parlamentinin heyət rəhbəri, dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

O bildirib ki, hazırki prezident seçkilərinin əsas xüsusiyyəti müstəqil Azərbaycanın bütün ərazilərində, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında da seçkilərin keçirilməsidir. Seçkilərdəki yüksək seçici vahidini də bununla əlaqədəndiririk. Seçkilərdə iştirak etmiş hər bir Azərbaycan vətəndaşı Qarabağdakı qələbənin qazanılmasında iştirak edib. Həmçinin qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi Ukrayna hökuməti üçün də mühüm təcrübə oldu. Belə ki, Dombas və Krımda seçki keçirilməsi ilə bağlı lazımi təcrübəni qazandıq. Bütün Azərbaycanı ölkə liderinin seçilməsi münasibətilə təbrik edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə