“Seçki prosesi şəffaflığı ilə Qərb ölkələrindəki seçkilərdən fərqlənmirdi” - TÜRKİYƏ MƏRMƏRƏ VƏQFİ

“Seçki prosesi şəffaflığı ilə Qərb ölkələrindəki seçkilərdən fərqlənmirdi” - TÜRKİYƏ MƏRMƏRƏ VƏQFİ

“Dünən saat 08:00-dan etibarən 42 məntəqə gəzmişik. Ən çox sevincimizə səbəb olan xanımların fəallığı oldu. Həmçinin gənc, yaşlı demədən hər kəs səsvermək üçün sıraya girmişdi”. SİA xəbər verir ki, bu sözləri 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərinin yekunu ilə bağlı brifinq zamanı Türkiyə Mərmərə Vəqfindən Akkan Suver bildirib.

A.Suvver qeyd edib ki, Qarabağ dastanından sonra Azərbaycan yeni bir demokratiya dastanı yaşadı:

Eyni zamanda məntəqələrdə seçki prosesini aparan şəxslər insanları gülərüzlə qarşılayır, onlara kömək olurdular. Dünən baş tutan seçimlər Qafqaz coğrafiyasının və türk dünyasının yeni bir mərhələyə qədəm qoyması idi.
Qərbdə çox fərqli ölkələrdə seçki prosesini müşahidə edən qurumun üzvü kimi bildirirəm ki, seçki prosesi şəffaflığı ilə Qərb ölkələrindəki seçkilərdən fərqlənmirdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə