"Pensiyaların indeksasiya edilməsi Azərbaycan üçün adi bir hal alıb" - ŞƏRH EDİLDİ
"Azərbaycan vətəndaşının sosial təminatı məsələsi hər zaman və şəxsən cənab İlham Əliyevin diqqətində olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: "İş yerlərinin açılması, sosial obyektlərin müasir tələblərə cavab verməsi, pensiya təminatı məsələləri, sosial qayğıya ehtiyacı olan insanlara təqaüdlərin verilməsi Azərbaycan reallıqları hesab edilə bilər. Pensiya təminatı çox ciddi bir məsələdir. Azərbaycan dövəti bu məsələni daim diqqətdə saxlayır.
Bu gün təxminən milyon yarım əhalimiz pensiya alır. Pensiyaların vaxtında ödənilməsi, hər ilin əvvəlində indeksasiya edilməsi artıq Azərbaycan üçün adi bir hal alıb. Minimum əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması və özəl sektorda əməkhaqqının yüksək olması Sosial Təminat Fonduna da ayırmaların həcminin artmasına səbəb olur. Cənab Prezidentin pensiya artımına dair imzaladığı sərəncam pensiyaların indeksasiya edilməsinə imkan verəcək. Bu pensiyaçıların öz sosial məsələlərinin həlli üçün böyük imkanlar açır.
Pensiyaların vaxtaşırı artılması Azərbaycan dövlətinin pensiyaçıların sosial vəziyyətini daim diqqətdə saxladığını göstərir. Bütün bunlar Azərbaycanın sosial dövlət olması mahiyyətətindən irəli gəlir. Azərbaycanda vətəndaşın maraqları dövlətin apardığı siyasətin əsas mahiyyətini təşkil edir. Bu Prezidentimizin siyasət və fəaliyyətindədir. Bunun sonralar da davam edəcəyi hər kəs üçün aydındır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB