“Səsvermə prosesində xanımların aktivliyi xüsusilə diqqətimizi cəlb etdi” - ƏLİ ƏSGƏR MOHAMMADİ SİCANİ
“Dünən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı olaraq Azərbaycanda növbədənkənar Prezident seçkilərində iştirak etdik və seçicilərin fəallığını müşahidə etdik”. SİA xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) heyət rəhbəri, baş katib müavini Əli Əsgər Mohammadi Sicani deyib.
O qeyd edib ki, zəfərdən sonra Azərbaycanda ilk dəfə keçirilən prezident seçkiləri idi: “Bu səbəbdən də seçkidəki fəallıq xüsusilə diqqəti cəlb etdi. Cavandan yaşlıya qədər hər kəs seçkilərdə sevinclə iştirak edirdilər.
Biz dünən ümumilikdə Bakı şəhəri üzrə 7 seçki məntəqəsində olduq. Həmçinin xanımların aktivliyi müsbət mənada diqqətimizi cəlb etdi və bizi sevindirdi. Bundan əlavə olaraq səsvermə prosesində hətta 80 yaşından yuxarı şəxslərin də iştirakının da şahidi olduq.
Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə ola bilmədik. Amma həmin ərazilərdə 26 seçki məntəqəsinin olduğunu bilirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB