“Assambleya adından uğurlu seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirik” - SANYA PRASEUT

“Assambleya adından uğurlu seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirik” - SANYA PRASEUT

“Ölkə rəhbərliyi, parlament, MSK və məntəqələrdə bizə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri ASEAN Parlamentlərarası Assambleyasının heyət rəhbəri Sanya Praseut deyib.

O bildirib ki, 7 fevral tarixində baş tutan növbədənkənar seçki prosesində təxminən 7 məntəqə olmuşdur: “Seçki məntəqələrində nümayəndələrimizin müşahidəsi üçün bütün lazımi şərait yaradılıb. Həmçinin səsvermə qutusunun açılması və səslərin sayılması prosesində də yaxından iştirak edib və bütün prosesin necə şəffaf keçirildiyinin şahidi olublar. Seçki prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun aparılıb və texniki məsələlər operativ təmin edilib.

2024-cü ildə keçirilən seçki prosesi açıq şəkildə keçirilib və ümumilikdə seçkidə iştirak 70 faizə qədər təşkil edib. Seçki prosesi yerli və beynəlxal müşahidəçilərin rahat müşahidə aparacağı formada təşkil edilib. Bütün bunlar deməyə əsas verir ki, seçki prosesi şəffaf şəkildə başa çatıb. Bu səbəbdən də Assambleyanın yekun qərarı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin açıq, şəffaf şəkildə keçirilməsi istiqamətindədir.
Assambleya adından uğurlu seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə