Mən kəlbəcərliyəm, amma Kəlbəcəri görməmişəm. Vətən torpağıma ayaq basacağım günü səbirsizliklə və həyəcanla gözləyirəm.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına təhsil müəssisəsinin müəllimi Məhəbbət Məmmədova ifadə edib.
“Bugünkü səsvermədə iştirak etdiyim üçün çox sevincliyəm. Mənim üçün verdiyim səs qalib Azərbaycan qarşısında vətəndaşlıq borcudur. Bütöv Azərbaycanın vətəndaşı olmaq insana ayrı bir qürur hissi verir. Həyəcanla səsvermənin nəticələrini gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB