STM-nin Exit-poll nəticələrinə görə, İlham Əliyev 92.4 faiz səs toplayıb - NATALYA İSAYEVA

STM-nin Exit-poll nəticələrinə görə, İlham Əliyev 92.4 faiz səs toplayıb - NATALYA İSAYEVA

Sosioloji Tədqiqatlar Mərkəzi Exit-poll nəticələrini elan edib. Qeyd olunub ki, exit-poll xüsusi hazırlanmış proqram üzrə keçirilib. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Sosioloji Tədqiqatlar Mərkəzinin Exit-poll nümayəndəsi Natalya İsayeva deyib.

Onun sözlərinə görə, Exit-poll təsadüfi seçilmiş 25 dairə üzrə 125 seçki məntəqəsində keçirilib. Ümumilikdə 5016 nəfər iştirak edib.

Sosioloji Tədqiqatlar Mərkəzi Exit-poll’un verdiyi məlumata görə, növbədənkənar Prezident seçkilərinin nəticələri belədir:

İlham Əliyev - 92.4 faiz

Fuad Əliyev - 0.4 faiz

Zahid Oruc - 2.2 faiz

Qüdrət Həsənquliyev - 1.6

Elşad Musayev - 0.8 faiz

Fazil Mustafa - 2 faiz

Razi Nurullayev - 0.6 faiz

Bütün xəbərlər Facebook səhifəmizdə