“Azərbaycan xalqını uğurlu səsvermə prosesi ilə bağlı təbrik edirəm“ - BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR

“Azərbaycan xalqını uğurlu səsvermə prosesi ilə bağlı təbrik edirəm“ - BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR

SİA Qoşulmama Hərəkatının beynəlxalq müşahidəçilərinin fikirlərini təqdim edir:

Alagbo Komi Edzodzinam: “Biz bu gün beynəlxalq müşahidəçi olaraq seçkilərin gedişatını izləyirik. Bu gün saat 08:00-dan etibarən seçki məntəqələrində olmuşuq və seçki prosesi başa çatana qədər də müşahidələrimiz davam edəcək. Müşahidə etdiyimizə əsasən deyə bilərəm ki, məntəqələrdə seçki prosesi çox yaxşı tərzdə tənzimlənib və şəffaflıq tam təmin olunub. Səhər saatlarında insanların izdihamı daha çox idi. Müşahidələrim deməyə əsas verir ki, seçki prosesi çox uğurla davam edir. Yaşasın, Azərbaycan!”

Sidibe Ali: “Bu gün seçki prosesində müşahidəçi olaraq iştirak etdiyim üçün çox şad oldum. Səsvermə prosesi bizim üçün çox maraqlıdır. İki il öncə Azərbaycanda olmuşam və Qarabağa getmişəm. Münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı addımlar atılır. Seçki prosesi çox operativ və şəffaf şəkildə təmin edilib. Həmçinin seçicilər olduqca fəal şəkildə iştirak edirlər. Cavanlardan tutmuş yaşlılara qədər, hər kəsin səsvermə prosesində aktiv iştirakının şahidi olduq”.

Fall Djily Mbaye: “Azərbaycan xalqını uğurlu səsvermə prosesi ilə bağlı təbrik edirəm. Seçki prosesi operativ formada tənzimlənir. Seçki prosesində vətəndaşlığın aktivliyi hər bir şəxsin səsinin önəmini vurğulayır. Beynəlxalq müşahidəçilərin də seçkilərdə iştirak etməsi prosesin şəffaf keçirilməsinin sübutudur. Bu gün bir çox məntəqələrdə olmuşuq və hər birində seçki prosesinin şəffaflığı bizim müsbət mənada diqqətimizi çəkib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə