"İnsanlar sevgi və məhəbbətlə seçkidə iştirak edirlər"

"İnsanlar sevgi və məhəbbətlə seçkidə iştirak edirlər"

21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 15 saylı Seçki Məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, seçkilər səhər 08:00-da başlayıb. Ümumilikdə ölkədə 6537 seçki məntəqəsi formalaşdırılıb.

Məntəqə sədri Hüseynova Məlahət: “Bugünkü gündə çox fəallıq var, insanlar sevgi və məhəbbətlə seçkidə iştirak edərək öz səslərini istədikləri namizədə verirlər. Şəffaf, düzgün keçir və bir problem yaşanmayıb obyektiv şəkildə keçirilir. Bizdə siyahı üzrə 1484 var, 16 qeydiyyatdan çıxma var ona görə düşünürəm ki, 1000-dən çox olacaq. Hal-hazırda 400-ə yaxın seçici öz səsini verib".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə