"Bir neçə il bundan əvvələ getsək, seçicilər bu il daha fəaldırlar"
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. Proseslərdə beynəlxalq və yerli müşahidəçilər də fəal iştirak edirlər.

Məntəqə sədri Zabitə Şirinova: “İştirakçılar çox fəaldır və hə rşey qaydasındadır. Heç bir problem yaranmayıb və hazırda 217 seçici iştirak edib və 1000-ə yaxın seçicimizi gözləyirik".
Müşahidəçi Məmmədova Sabirə: “Proses əladır, insanlar gəlir öz səslərini verirlər. Səsvermədə seçicilər çoxdur, fəal iştirak edirlər. Bir neçə il bundan əvvələ getsək, seçicilər bu il daha fəaldırlar. Səhər saat 7-dən buradayıq, seçki 8-də başlayıb, heç bir problem olmayıb”.

Şəhər sakini Məmmədova Svetlana: ”70 yaşındayam həmişə seçkidə iştirak edirəm və yoldaşım da içəridə öz səsini verir.
Bu gün çox razıyam, heç bir müdaxilə olmayıb. Bundan daha yaxşı gün ola bilməz, hər şey bəllidir, prezidentimizdən razıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB