Bu gün - 7 fevral tarixində 21 saylı Nəsimi-Binəqədi Seçki dairəsinin 16 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. SİA xəbər verir ki, seçicilərin aktivliyi müşahidə olunur.

Məntəqə sədri Kərimova Məlahət: “ Səsvermə zamanı heç bir nöqsan olmayıb, müşahidəçilərimiz diqqətli müşahidə edir, hər şey yaxşıdır. Səhər daha aktiv idi, lakin yenə gələcək. İndi 160 nəfərə yaxın seçici iştirak edib daha da artacağını düşünürük”.
Müşahidəçi Əliyev Mətləb: “ Hər şey çox gözəldir, heç bir hadisə, nöqsan olmayıb, vətəndaşlar çox gözəl, aktiv şəkildə iştirak edirlər. Proses çox şəffaf şəkildə keçdi, heç bir narahatlıq da yoxdur. Seçicilər rahat şəkildə öz səslərini verməyə davam edir".
Müəllif: Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB