21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində növbədənkənar prezident seçkiləri keçirilir. Vətəndaşlar fəal şəkildə öz seçimini etmək üçün axın edir.
Məntəqə sədri İsmayılova İradə: "Heç bir nöqsan yoxdur, seçicilər səsvermədə çox fəal iştirak edirlər. Səhər saat 8-dən fəallıq bu cür davam edir. Hazırda 200-ə yaxın insan səsvermədə iştirak edib".

Müşahidəçi Qasımov Daşqın: “ Səsvermə prosesində hər şey öz qaydasında gedir. Qanuni şəkildə heç bir pozuntu görmürük. Səhər saatlarından çoxlu iştirakçılar var".

Şəhər sakini Babayeva Minarə: “62 yaşındayam və seçkiyə tək gəlmişəm. Səsvermə çox ədalətli və yaxşı keçir. Mənə mane olan olmayıb istədiyim namizədə, prezident İlham Əliyevə səs vermişəm. Seçki özü də bir bayramdır bizim üçün, çünki bu il qalib ölkə kimi seçki keçirdirik, qürurluyuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB