"İndiyə qədər səsvermə zamanı nöqsan olmayıb"

"İndiyə qədər səsvermə zamanı nöqsan olmayıb"

20 saylı dairə 6 saylı məntəqədə seçki prosesləri normal qaydada davam edir. SİA-nın aldığı məlumata görə, vətndaşlar çox fəal və azad şəkildə səsvermədə iştirak edirlər.

Məntəqə sədri Əzizov Rəşar: "Səhər saatlarından demək olar ki, aktivlik çoxalıb və hal-hazırda 100-dən çox seçici səs verib. 1286 seçicidən 800 minə yaxın səsverməni gözləyirik. Hər şey öz qaydasındadır və hələ ki, 120 nəfər vətəndaş iştirak edib. Bu saata qədər heç bir nöqsan yaşanmayıb".

Müşahidəçi Vəfa Osmanova: "Səhər saatlarından vətəndaşlar öz səslərini veriblər və hələ ki, hər şey öz qaydasındadır. Səsvermədə vətəndaşlar çox fəal şəkildə iştirak edirlər. Səsvermə düzgün, şəffaf qaydada davam edir".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə