"25 ildən çoxdur prezident seçkilərində fəal iştirak edirəm"

"25 ildən çoxdur prezident seçkilərində fəal iştirak edirəm"

20 saylı Nərimanov 2-ci seçki dairəsinin 5 saylı seçki məntəqəsi

Şəhər sakini Əliyev Həsənağa Hüseyn oğlu: "74 yaşındayam. Prezident seçkilərində daim iştirak edirəm və mən də komissiyanın üzvü olmuşam. Ailəm xəstə olduğu üçün tək iştirak edirəm. Bir sakin kimi vətəndaşları səsvermədə iştirak etməyə çağırıram. Mənim daxilimdə olan şəxsə heç kim müdaxilə edə bilməz".

Şəhər sakini Rauf İlyasoğlu: "25 ildən artıqdır mən prezident və bələdiyyə seçkilərində fəal iştirak edirəm. İndi də prezident seçkilərində gəlib öz namizədimə səs verəcəm. Mən tək gəlmişəm, lakin yoldaşım da digər məntəqədə səs verir. Bu proses ədalətli olmalıdır, özüm də bir jurnalist kimi içəriy baxıb nəzarət edirəm. İçəridə çox obyektiv səs verilir. Səhər saat 8-dən buradayam, 500-ə yaxın insan gəlmişdi. Onlara da heç bir müdaxilə etmədi və builki seçki çox yüksək səviyyədə keçəcək".

Şəhər sakini Müşviq İsmayılov: "Prezident seçkilərində daha öncə də olmuşam, tək gəlmişəm. Proses çox şəffaf keçirilir, öz razılığımla iştirak edirəm".

Şəhər sakini Şəhla Abbasova: "Mən daha öncə də prezident seçkilərində iştirak etmişəm və tək gəlmişəm. Proseslər normal və çox yaxşı keçir və hər kəsin öz şəxsi fikri var".

Şəhər sakini Büllur Abdullayeva: "Səsvermədə hər zaman iştirak etmişəm və bu gün də ailə üzvlərimlə birlikdə iştirak edirəm. Proses çox şəffaf və ədalətli keçdi və mənə qarşı heç bir təzyiq olmayıb. Proses tam düşündüyüm kimi keçir və heç kəsə müdaxilə edilə bilməz. İstədiyimiz namizədi də seçmişik".

Şəhər sakini Aidə Mahmudova: "56 yaşım var, daha əvvəl də prezident seçkilərində iştirak etmişəm, hazırda tək iştirak edirəm. Proses çox gözəl, şəffaf keçdi. Çox böyük həvəslə səhər-səhər ilk məqsədimiz o oldu ki, hörmətli prezidentimizə səs verək. Bir azdan ailə üzvlərimiz də səsvermədə iştirak edəcək.
Bir prezidentimiz var, O da cənab Prezident İlham Əliyevdir".

Şəhər sakini Çingiz Rüstəmov: "Mən başqa prezident seçkilərində də iştirak etmişəm və bu gün də tək gəlmişəm. Proses şəffaf idi və hər şey qaydasında idi. Heç bir müdaxilə yoxdur və öz səsimizi verdik. Kim seçiləcəksə, xeyirli olsun və ümid edirəm hər kəsin seçilməsini istədiyi biri var, o da seçilər".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə