"Əhali gəlib seçkidə çox gözəl iştirak edir"

"Əhali gəlib seçkidə çox gözəl iştirak edir"

20 saylı Nərimanov 2-ci seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri: "Bizim seçicilərimizin sayı 1418 nəfərdir. Gördüyünüz kimi, səhərdən seçicilərin gəlməyi, əlbəttə ki, bizi xoşbəxt edir. Çünki bu, prezidentimizə dəstəkdir. Düzdür, indi biz bilmirik kimə səs verirlər, nə edirlər. Amma fakt əhali gəlib seçkidə çox gözəl iştirak edir".

Şəhər sakini Şamama Məmmədova: "75 yaşındayam. Heç bir müdaxilə olmayıb və özüm öz səsimi vermişəm. Allah prezidentimizə cansağlığı versin və onu başımızdan əskik eləməsin".

Şəhər sakini Sevinc Əbilova: "Daha öncə də prezident seçkilərində iştirak etmişəm, hər zaman seçkilərdə iştirak edirəm. Tək gəlmişəm, ailə üzvlərim də gələcək. Seçim edərkən mənə qarşı heç bir müdaxilə olmadı və İlham Əliyevə səs verdim".

Şəhər sakini Novruz Mirzəyev: "Bu gün cənab İlham Əliyevə səs verməyə gəlmişəm. Ona cansağlığı, uzun ömür arzulayıram. Arzum budur ki, gələcəkdə də prezident seçkiləri olacarsa, biz yenə cənab prezidentimizə səs verib, onu dəstəkləyəcəyik. Mən hər zaman prezident seçkilərində iştirak etmişəm və nə qədər də canımda can var seçkilərdə iştirak edəcəm. Ailə üzvlərimlə gəlmişəm 6-7 nəfərik".

Şəhər sakini Almaz Allahverdiyeva: "Seçkilərin hər birində iştirak etmişəm. Bu seçki mənə çox qürurvericidir, qalib ölkənin qalib prezidenti cənab İlham Əliyevə dəstək oldum. Proses yüksək səviyyədə keçdi və mənə heç bir müdaxilə olmadı, sakitçilik idi. Özüm könüllü gəlmişəm".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə