“Seçicilərin fəallığı ölkədə gedən proseslərə biganə olmadıqlarını göstərir” - AYDIN HÜSEYNOV
“Bu gün növbədənkənar prezident seçkiləri günüdür. İnsanlar seçkilərə ürəklə gəlir və ən vacibi seçki üçün lazımi bütün şərait yaradılıb. Növbədənkənar prezident seçkilərinin və seçicilərin aktivliyinin əhəmiyyəti böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, vətəndaşların seçkidəki fəallığı ölkədə gedən proseslərə biganə olmadıqlarını göstərir: “Vətəndaşlar ölkənin gələcək fəaliyyətinin müəyyənləşdirilməsində prezident seçkilərinin nə dərəcədə əhəmiyyətli olduğunu anlayırlar. Bu səbəbdən də seçicilərim aktivliyi yüksək səviyyədədir.
Eyni zamanda Yeni Azərbaycan Partiyası tərəfindən müşahidəçi kimi seçki prosesində iştirak edirəm və heç bir qanun pozuntusu müşahidə etməmişəm. Qeyd edim ki, seçicilərin rahat şəkildə səsvermələri üçün seçki məntəqələri operativ şəkildə çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB