“Vətəndaşlar seçki prosesində çox aktiv iştirak edir” - SƏDR

“Vətəndaşlar seçki prosesində çox aktiv iştirak edir” - SƏDR

“Vətəndaşlar seçki prosesində çox aktiv iştirak edir. Hələ məntəqə açılmamış, dövlət himni səsləndirilən zaman məntəqə qarşısında seçicilərin izdihamı müşahidə olundu”. Bu sözləri SİA-ya açıqlamasında 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 25 saylı seçki məntəqəsinin sədri Xatirə Namazova deyib.

Sədr bildirib ki, bizim üçün qürurlu gündür: “Suveren respublikamızda, torpaqlarımızın işğaldan azad edikməsindən sonra ilk prezident seçkiləri keçirilir.

Şəhid bacısı kimi fəxr edirəm, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Otuz iki ildir ki, gözlədəyimiz qələbə sevincini yaşayırıq”.

Sədr qeyd edib ki, indiyə qədər 500-dən çox seçici səsvermə prosesində iştirak edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə