“Bu gün 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan Respublikasında ilk dəfə növbədənkənar prezident seçkiləri keçirilir. Məntəqəmiz tam şəkildə hazırdır və məntəqənin qapısı 08:00-da seçicilərin üzünə açıldı”. Bu sözləri SİA-ya açıqlamasında 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 24 saylı seçki məntəqə sədri Jalə Qədirova deyib.
J.Qədirova bildirib ki, seçicilərin fəallığı müşahidə olunur: “Vətən müharibəsi dövründə bir yumruq kimi birləşən xalqımız, öz birliyini bu gün də göstərir. Belə ki, seçicilərin fəallığı səngimir və onların rahat səs vermələri üçün lazımi bütün şərait yaradılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB