Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyənin əhalisi 2023-cü ildə bir əvvəlki ilə görə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.
Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyənin əhalisi 2023-cü ildə bir əvvəlki ilə görə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Statistika İdarəsindən (TÜİK) bildirilib.

"Müvafiq olaraq, 2022-ci il etibarilə 85 milyon 279 min 553 olan ölkə əhalisi, keçən il 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb. Əhalinin kişi sayının göstəricisi 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) olub. Əhalinin illik artım tempi 2022-ci ildə 7,1 olduğu halda, 2023-cü ildə mində 1,1-ə düşüb. Şəhər və rayon mərkəzlərində yaşayan əhalinin nisbəti 2022-ci ildə 93,4 faiz, 2023-cü ildə isə 93 faiz təşkil edib. Şəhər və kəndlərdə yaşayan əhalinin xüsusi çəkisi 6,6 faizdən 7 faizə yüksəlib",- deyə məlumatda qeyd olunub.

Türkiyədə yaşayan əcnəbi əhalinin sayı əvvəlki ilə nisbətən 253 min 293 nəfər azalaraq, 1 milyon 570 min 543 nəfərə çatıb. Bu əhalinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə