Qızılca yoxsa allergiya, necə ayırd etmək olar? - AYDINLIQ GƏTİRİLDİ

Qızılca yoxsa allergiya, necə ayırd etmək olar? - AYDINLIQ GƏTİRİLDİ

"Qızılca xəstəliyi qızılca virusu ilə yayılır və xəstəliyin vaksinasiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən milli peyvənd təqviminə daxil edilib. Uşaqlar 1-10 yaş aralığında iki dəfə peyvənd olunmalıdır. Bunun nəticəsində virusa qarşı uşaqlarda davamlı immunitet formalaşır. Təbii ki, peyvənd olunan şəxs də virusa yoluxa bilər, lakin xəstəliyi daha yüngül formada keçirəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qızılcaya bir dəfə yoluxan şəxs ikinci dəfə yoluxmur: "Lakin son dönəmlərdə virusa təkrar yoluxma halları da müşahidə edilir. Qızılca virusuna qarşı diqqətli olmaq və ilkin olaraq uşaqların vaksinasiyası prosesinə başlanılmalıdır. Xəstələnmiş şəxslərdə qızılcanın qızdırma, əzələ-bel ağrıları kimi hər hansı xüsusiyyətləri olan şəxslər dərhal yataq rejiminə keçməlidir. İlkin mərhələdən sonra səpkilərin yaranması dövründə də xəstə yataq rejimində olmalıdır. Qızılcaya yoluxan şəxslərdə A vitaminin səviyyəsi aşağı düşür. Buna görə də xəstəyə A vitamini ilə zəngin qidaların verilməsi məqsədəuyğundur. Xəstəlik dövründə qızardılmış, ağır yeməklərdən uzaq durmaq lazımdır. Həmçinin xəstənin olduğu otaq günəş şüaları ilə təmin edilməli və tez-tez havası dəyişdirilməlidir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə