"İmmunitet ağır yox, sağlıqlı qidalardan qalxır” - DİEOTOLOQ FİKRİ
“Payız və qış fəsilində biz normal qidalanmalıyıq ki, immunitetimiz yüksək olsun və ətraf mühit infeksiyalarından özümüzü qoruyaq. Təbii ki orqanizması zəif olan insanlar payız və qış fəsilində tez-tez xəstələnirlər, infeksiyaya qarşı orqanizmin müqaviməti nisbətən aşağı olur. Belə insanlar təəccüblü hal olsa da çəki artırmağa meyilli insanlar olur”. Bu barədə SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.
Onun sözlərinə görə, immunitet düşdükcə insanda aclıq hormonu aktivləşməyə başlayır: “Mədəaltı başlayır çoxlu insulin ifraz eləməyə, insan iştahlı olub çoxlu yemək istəyir və buda artıq çəkinin çoxalmasına gətirib çıxardır. Bəzən olur ki, insan yay fəsilində lazımsız diyetalar saxlayır, düzgün qidalanmır, qeyri-peşəkar mütəxəssisə müraciət edir və yaxud arıqladıcı dərmanlar içir. Daha sonra isə qış fəsilinə gələndə də bədəndə vitamin deposu və ətraf mühit infeksiyasına qarşı müqavimətləri olmayıb, tez-tez xəstələnirlər. Belə olduqda da orqanizma məcbur olur normaldan artıq qida qəbul etməyə və oda çəki almağa gətirib çıxardır. İnsanlar var ki, payız-qış mövsümündə stresdə, depressiyada olduğları üçün qidaya meyilli olurlar. Bilirik ki, Azərbaycan mətbəxi çox zəngindir və qış mövsümündə xəmir kimi ağır qidalar masamızın bəzəyi olur. Qış mövsümündə orqanizm ağır qidaları yay mövsümünə nisbətən daha rahat mənimsəyir. Payız-qış fəsilində vitamin D depomuz mütləq yüksək olmalıdır. Çünki vitamin D günəş şüasından mənimsənilir və günəş şüasında elə bir maddə var ki, insan dərisi ilə reaksiyaya gedərək vitamin deponu mənimsəyir”.
Dietoloq bildirib ki, qış fəsilində düzgün qidalanmalıyıq ki, əgər vitamin D çatışmazlığı olarsa yay fəsilində rahat şəkildə günəş şüasından mənimsiyə bilək: “Düzgün qidalanmamaq, zərərli dərmanlardan istifadə etmək, qeyri-peşəkar insanlardan arıqlamaq, insanda immuniteti salaraq onu daim ac hiss etdirir. Elə insanlarda var ki, günlərlə ac qalır amma çəkiləri yenə artır və ona görə də bunlardan özüvüzü sığortalamaq üçün çalışın vitamin D-ni süni yolla qəbul edin, vitaminli qidalar qəbul edin. Payız və qış mövsümünün özəl qidaları vardır ki, insanlar qırmızı ətdən çox istifadə etməli, ağartı məhsullarına önəm verilməlidir. Bildiyimiz kimi sitrus meyvələri vitamin C ilə zəngindir və payız-qış mövsümündə bizim orqanizma üçün mütləqdir. Həddindən artıq qidalarla bəslənmək immunitetin zəifləməsinə, çəkinin artmasına gətirib çıxarda bilər. İmmunitet ağır yox, sağlıqlı qidalardan qalxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB