"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi 3 mərhələdə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Şaiq Mirzəyev deyib.

Vəkil bildirib ki, həmin mərhələlər bunlardır:
"1.Uçota alınır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən)
2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müəyyən edilir (valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi)
3. Övladlığa götürmə barədə məhkəmə qərarı qəbul edilir.
Diqqət edilməli məqamlardan bir neçəsi: övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır. Övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB