Bitkiləri düzgün necə dəmləməli? EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Bitkiləri düzgün necə dəmləməli? EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Bitki çayları təbii şəfa mənbəyi olduğu üçün gün keçdikcə daha çox üstünlük təşkil edir. Daha çox istehlak edilən cökə, nanə, qızılgül kimi bitkilər həyatımızın ayrılmaz parçası və təbii şəfa mənbəyimiz olmaqda da davam edir. Bitki çayları kilo itkisi, soyuqdəymə, dəri qıcıqlanması və bir çox başqa şeylərə birbaşa təsir göstərir. Bu xüsusiyyətləri sayəsində bitki çayına demək olar ki, hər kəs üstünlük verir. Bitkiləri dəmlərkən ona qarşı hər hansı allergiyanızın olub-olmamasına mütləq diqqət etməlisiz, bunda əlavə uşaqlar üçün əgər bitki çayı dəmləmək istəyirsizsə bunu həkimdən soruşmağınızı, bu barədə daha dərin məlumat toplamağınızı tövsiyə edirik.

“Bitkilər bizdə yetərinecə çoxdur və hər bitki hansısa xəstəliyə, şikayətə uyğun tətbiq edilir. Məsələn nevroloji, sinir problemlərində ən çox istifadə olunan lavanta, cökə, ballınanə, çobanyastığı, dazıotu və s. Onları bir-biriylə qarışdırmaq olar, amma qramla dəmləsək yaxşı nəticə əldə edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında fizioterapevt və hicama uzmanı Ramazan Buluşov bildirib.

Bir çox xəstələrin bitki çaylarını içməmə səbəbi dadının çox acı gəlməsi, içilə bilməyəcək vəziyyətdə olmasıdır. Bundan əlavə bəzi bitkiləri içdikdə özlərində effekt görə bilməmələri də ola bilər. Bitkilərin dəmləmə dəqiqəsi və hətta düzgün süzülməsi belə çox önəmlidir. Bitkilər 3-5 dəqiqə ərzində dəmlənməlidir əgər çox olarsa, o zaman çox acı dad verməyə başlayır. Bir çoxları bitkini daha çox dəmləyir və beləliklə, bunun daha effektiv olacağını düşünür. Lakin bu, heç doğru deyil. Məsələn:

1 çay qaşığı lavanda, 2 çay qaşığı çobanyastığı və 1 çay qaşığı gülümbaharm dəmləməliyiksə, insanlar bunu tamam fərqli edir, çay qaşığı əvəzinə xörək qaşığı götürür və suyu da az istifadə edir. Ona görə düzgün içmək, faydasını görmək istəyiriksə, mütləq bu qaydalara əməl olunmalıdır.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə