"İndeksləşmə bütün növ pensiyalara şamil olunur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən 1 yanvar 2024-cü ildən başlayaraq əmək pensiyaların həcmi artırılacaq. Belə ki, fevral ayında pensiya alacaq vətəndaşlar pensiyaları yanvar ayının artımları ilə alacaqlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: "İndeksləşmə bütün növ pensiyalara şamil olunur. Orta nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyaları 11,2% artırılıdı. Məsələn, 500 manat pensiyanın həcmi 1 yanvar 2024-cü il tarixindən 11,2% artıralaraq 556 manat olacaq. O cümlədən indeksləşmə nətiəsində ölkədə orta aylıq pensiya məbləği 485 manata çatacaq.
Yaşa görə orta aylıq pensiya məbləği isə 519 manata çatacaq. Müvafiq sərəncama əsasən artımlardan 1,1milyon pensiyaçı yararlanacaq və bu artımlara 630 milyon manat əlavə vəsaitin xərclənməsi proqnozlaşdırılır.
Ölkəmizdə pensiya və müavinətlərin artırılması davamlı şəkildə aparılır. Biz bilirik ki, ölkədə müəyyən qədər inflyasiya baş verir. Bu artımlar isə təbii inflyasiyanın vətəndaşlara təsirlərini minimumlaşdırılmasına və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Bunun bir daha Azərbaycanın sosial dövlət olduğunun və dövlət siyasətinin təməlində insanların rifahının dayandığının göstəricisi hesab edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB