ADRA məlumat yaydı

Bəzi media subyektlərində açıq məkandakı reklam lövhələrinin demontaj olunmasının kütləvi xarakter almasına dair yayılan məlumatlar həqiqəti əks etdirmir. SİA xəbər verir ki, bu barədə ADRA məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirir. Xidmət keyfiyyətini yüksək tutmaq, sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq və səmimiyyət nümayiş etdirmək Agentliyin əsas məqsədlərindəndir. Qurumun 1412-Çağrı Mərkəzi və 24 saat fəaliyyət göstərən 077 677 14 12 “whatsapp” nömrəsi xidmətinizdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə