"İnsanlar fərqli olurlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, hər bir insanın xarakteri, duyğuları, emosiyaları var: "Elə insanlar var ki, onlara genetik olaraq insanlara yardım etmək, onların yanında olmaq kimi duyğular bəxş olunub. Bəzən bu duyğuların özü də qarşılıq gözləmək məqsədi ilədir. Yəni "mən edim, mənim üçün də etsinlər" məsələsinə dayanır. Çox vaxt insanlar sadəcə xilasedici rolunu xoşlayırlar. Yəni "mən xilasediciyəm, hər zaman hər kəsi xilas edirəm, mən olmasam, insanlar rahat yaşaya bilməzlər, yaxşı ki, mən var idim" kimi düşüncələrdə olurlar. Bu da çox vaxt göstəriş xarakterli olur. İnsanlar bunu edərək digərlərinə göstərməyə çalışırlar ki, "baxın, mən çox vacib insanam, mən olmasaydım, bu insan işini həll edə bilməyəcəkdi" kimi düşüncələrdə olduqlarını göstərirlər.
Amma bəzi insanlar da fərqli olurlar. Yardım etməsələr, narahat olmaq kimi xüsusiyyətləri olur. Mütləq yanındakı kömək istəməsə də, ona kömək etmək istəyir. Bunlar da özlərini incidən xarakter tiplərinə aiddir. Ümumiyyətlə, insanlar xarakter olaraq mazaxizm və sadizmə meyilli ola bilirlər. Belə insanlar daha çox mazaxistliyə meyilli olurlar. Çünki özləri incisələr də, başqalarını incitməməyə çalışırlar. Bu, çox fədakarlıq sayılır, humanistlikdən də kənara çıxmış məsələ olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB