"Atanın ailədə yoxluğu uşaqlara çox ayrı təsir edir" - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
Ailədə atasız böyümək əksiklik kimi görünə bilər amma hər kəsin ailəsində bu vəziyyət tamam ayrıdır. Elə ailələr var ki, ana-ata boşansa belə ata uşağına sahib çıxır, onu əzizləyir, maraqlanır, yoxluğunu hiss etdirmir. Uşağın ehtiyacı olan zamanda əgər ata uşağa dayaqdısa o zaman uşaq heç bir zaman ailədə və özündə natamamlıq hiss etməz. Ata və ana münasibətinin nə dərəcədə olduğundan asılı olmayaraq, valideynlər bunu uşağa qarşı silah kimi işlətməməlidirlər. Çünki elə analar var ki, uşağı atası ilə görüşdürmək istəmir və buna görə də daim onun fikirlərinə müdaxilə edərək onu manupuliyasıya edir. Belə olduğu halda əlbəttə ki uşaq daim ataya qarşı mənfi düşüncədə olacaq, onu yanında istəməyəcək, atanın ona dediyi hər söz acığına gələcək, atanın ona qarşı verdiyi qərarları yox sayacaq və s.
Bəzi atalarda var ki, uşaq onunla əlaqə qurmaq, onun yanında olmaq istəyir lakin o ümumiyyətlə onunla görüşmür, övladı kimi onu qəbullanmaq istəmir. Bunun səbəbi ya ona özünü ata olaraq hiss elətdirmək istəmir və ya atalığın nə olduğunu bilmir. Onu da qeyd edim ki, bir başqa səbəbi də yeni ailə qurduğu qadının bunu ondan tələb etməsidir. Əlbəttə ki burada qərar atanın üzərinə düşür və seçəcəyi seçim hər iki tərəfin həyatına böyük təsir edərək uşağın həyatını dəyişir. Belə desək atası olduğu halda atasızlıq çəkir.
Əgər ailədə ata vəfat edibsə, bu halda vəziyyət həqiqətəndə çox fərqlidir. Burada uşaq psixologiyası tamam fərqlidir, çünki daim onunla olan ata bir an həyatından çıxır və uşaq bu vəziyyətə biraz çətin örgəşir. Burada ən böyük məsuliyyət ananın üzərinə düşür, belə desək ona tamam başqa bir həyat öyrədərək onu formalaşdırır. Əslində uşaq üçün analıq hər iki tərəfdədə eynidi həm boşanma halında, həm də atası vəfat etdikdə.
Məsələyə münasibət bildirən psixoloq Nuranə Cəfərova bunları deyib: "Ümumiyyətlə bir ailə qavramı deyilən şey var. Ailədə fərdlərdən birinin əksikliyi natamam ailə olaraq sayılır. Amma ola bilər ki bir məcburiyyət var yəni ana və ata həyatdan köçüblər və bununda uşaq psixologiyasına böyük təsiri, zərəri var. Bu da müəyyən yaş dövrlərinə görə uşaqlara düzgün başa salınmalıdır. Digər bir ailə isə boşanmadır və yaş dövrlərinə görə uşaqlara atanın yoxluğunu normal, düzgün başa salmalıdırlar. Atanın ailədə yoxluğu uşaqlara çox ayrı təsir edir, ümumiyyətlə uşağın bir şəxsiyyət kimi inkişafında atanın da rolu əvəzedilməzdir. Buna görə oğlanlarda atasız böyümək onların daha çox davranışları fərqli olan, qaydalara uymayan, özbaşına, sərbəst qərarlı olurlar.
Qız uşaqlarında isə daha çox sevgiyə ehtiyac hiss olunur və ən çoxda digər kişilər tərəfindən aldadılan, kişi seçimində səhv edən olurlar. Mən həmişə deyirəm ki, ata sevgisinin uşaqlara daha çox ehtiyacı var. Atasız böyümək uşağın şəxsiyyətinin tamamlanmasında, onun şəxsiyyət kimi formalaşmasına çox böyük rol oynadığı kimi çox mənfi təsirdə göstərir. Dediyim kimi ailədə portretlərdən birinin əksikliyi natamamlıqdır və ailədə ata yoxluğu çəkən uşaqlar daha çox gələcək üçün özünəinamı olmayan, özünü cəmiyyətdən sanki təcrid olunmuş biri kimi göstərir. Daha sonra gələcək ailələrində uğursuz, aqressiv, heç kimə inanmayan biri olaraq olurlar. Konkret olaraq deyim ki, atasız böyümək uşağı psixoloji tərəfdən desək uşaq həyatına mənfi təsir göstərir. Uşaq həyatında gələcəkdə baş verəcək hadisələri anlaya bilsin deyə ana atasızlığı ona doğru izah etməlidir. Ona görə uşaqların səhv etməməkləri üçün ananın rolu burda çox böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB