“Müqaviləli və müqaviləsiz dələduzlar” VƏKİL AÇIQLADI

“Müqaviləli və müqaviləsiz dələduzlar” VƏKİL AÇIQLADI

“10 ilə yaxın hüquq təcrübəm mənə dələduzlar iki cür olduğunu öyrətdi: Müqaviləli və müqaviləsiz dələduzlar”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə deyib.

Vəkilin sözlərinə görə, müqaviləsiz dələduzlar odur ki, əmləkınızdan sui-istifadə edib, əmlakınızl ələ keçirən şəxsi siz polisə şikayət edə bilirsiz: “Lakin müqaviləli dələduz isə təcrübəlidir, əmləkanızı və əmlək hüquqlarınızı ələ keçirmək üçün müqavilə bağlayaraq buna elı bir don geyindirir ki, sanki mülkü münasibətlərdir. Gələcəkdə həmin adamı şikayət edə bilmirsiz çünki aranızda yaranmış münasibətlər mülküdür. Bəs müqaviləli dələduzları necə fərqləndirmək olar? Müqaviləli dələduzların bağladığı müqavilə onları birbaşa ələ verir. Belə ki, adətən həmin müqavilələr bir A4 vərəqində olur, müqavilədə tərəflərin hüquq və vəzifələri göstərilmir, müqavilənin standart şərtləri öz əksini tapmır, səhv yazılmış hərf səhvləri ilə dolu olur. Həmin dələduzların müqavilə bağlamaqda yeganə məqsədi cinayət məsuliyyətindən yayınmaqdır”.

T. Abdullazadə qeyd edib ki, sosial şəbəkələrdə dələduzluq olarsa burada işin çətin tərəfi həmin fırıldaqçının kimliyini müəyyən etməkdir: “Həmin şəxslər çox vaxt saxta hesablardan istifadə edirlər. Qanunsuz əmələ cəhd edənin kimliyi müəyyən olunarsa, onun haqqında tədbir görülə bilər. Vətəndaşlar dələduzluqla üzləşmək istəmirlərsə, bir sıra qaydalara əməl etməlidirlər”

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə