“Dayənin işi ancaq uşaq yatızdırmaqdan ibarət deyil” PSİXOLOQ AÇIQLADI

“Dayənin işi ancaq uşaq yatızdırmaqdan ibarət deyil” PSİXOLOQ AÇIQLADI

Ümumiyyətlə Azərbaycanda ailələr dayə seçimində çox ciddi diqqətsizliklərə yol verir”. Bunu SİA-ya açıqlamasında psixoloq Vəfa Rəşidova deyib.

Onun sözlərinə görə, birinci olaraq onun psixoloji vəziyyətini kimsə yoxlamır və yaxın, tanış, qohum, qonşunu gətirib dayə eləyir: “Fikirləşmir ki nə olsunki o mənim dayım qızıdı, qonşudu və s. bəs onun psixoloji vəziyyəti yerindədirmi? Mənim uşağıma hansı təlimi verə biləcək?

Dayəliyi ölkəmizdə ancaq elə bilirlər ki, panpersin dəyişmək, yemək verməkdir. Dayəlik elə olmur, o eyni zamanda uşağın mədəniyyəti ilə məşğul olan, ona bunu öyrədən və uşağın intelektual səviyyəsində də rol oynayan şəxsdir. Çox təəssüf olsun ki, ölkəmizdə “Uşağı yedizdirdin? Sualı var “ Bu gün uşağa nə öyrətdin” nin əvəzinə. Düşünürəm ki, dünya dayə necə olmalıdır deyə göstərir hərkəsə. Dediyim kimi intelektual səviyyəsi, aramlığı, sakitçiliyi, olmalı və depresif vəziyyəti, panik atakı, nevroloji problemləri olmamalıdır. Bəzən aqresiyası çox yüksək olan dayələr gəlir və bütün əsəbini uşağa tökərək onu vurur, təhqir edir. Dayə olduğu ruh halını uşağa köçürdür çünki uşaqla zaman keçirdir, o insanın ruh halı, yanaşmaları, davranışları uşağa yansıyır. Dəyə uşaq yatızdırmaqdan ibarət deyil, bu uşağı uyuşdurmaq deməkdir. Dəyə uşağın yaşına görə intelektual oyunlar oynamalı, havaya çıxartmalı, mehriban davranmalı, nəvaziş göstərməlidir. Dayə yaxın insan olduğu uşağa nə desədə valideyn tanıdıq olduğu üçün ona heçnə demir. Sən uşağın həyatını kimə təslim eləmisən? Uşağın psixologiyası önəmli deyil sənin üçün? yoxsa ümumiyyətlə onun psixologiyası uşaqdı deyə önəmsəmirsən? Ölkəmizdə valideynlər bunun haqqında heçnəyə diqqət etmirlər”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə