"Pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə ehtiyac yoxdur” - ANAR KƏRİMOV

"Pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə ehtiyac yoxdur” - ANAR KƏRİMOV

“Dövlət başçısının yeni Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır”. SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

Bildirilib ki, artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə