Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Ən əsası isə dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. SİA olaraq vətəndaşlar arasında "Prezident İlham Əliyevin 20 illik fəaliyyətini necə qiymətləndirərsiniz?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Qəndab İbrahimova: "İlham Əliyevin mənim üçün ən yadda qalan fəaliyyəti zəfər bayramımız, qələbəmiz oldu. Lider kimi bütün dünyada tanındı, hər ölkə ilə gözəl münasibət saxlayır. Hamı onu sevir, Türkiyə, Avropa və başqa dövlətlər ona hörmət edir. Bizim Prezidentimiz kimi irəli addımlayan prezident yoxdur. İlham Əliyevin həmişə dövlətimizin, xalqımızın başında olmasını istəyərdim".

Şəhər sakini Rəna Cəlilova: "Prezident İlham Əliyev Azərbaycanı birliyə səslədi, yumruq kimi birləşdirdi, nəticədə qələbəyə nail olduq. Onun sayəsində insanlar çoxdan gözlədiyi arzularına çatdılar, hamı vətəninə geri dönür. Azad olunmuş torpaqlarımızda yenidənqurma işləri aparılır. Camaat mərhələli şəkildə öz yurdlarına geri qayıdır".

Şəhər sakini Aidə Vəlixanova: "İlham Əliyevin 20 illik fəaliyyətində hər il yadda qalandır. Biz də həmişəki kimi ona səs verəcəyik. Ondan başqa lider tanımırıq. Onu dünya liderlərindən mədəniyyəti, nitqi, savadı fərqləndirir. Müharibə zamanı xalqı ilə birlikdə döyüşdü. Ali Baş Komandan kimi hərbi formada televiziyada çox gördük. İşlərində daimi uğurlar arzu edirəm. İndi də, gələcəkdə də daima nəzəri üzərimizdə olsun. Allah ailəsini, özünü də qorusun".
Şəhər sakini Nərmin Cümşüdova: "Sualınız çox gözəldir. Prezidentimizin bu illər ərzində gördüyü çox işlər olub. Ən yadda qalanı Qarabağın azad olunması oldu. Əvvəl şəhidlərimizə, sonra da Prezidentimizə borcluyuq. Bundan başqa da gənclərin inkişafı üçün çox işlər görüb, yaşlı insanların özlərini rahat hiss etməsi üçün sosial əmək haqlarının alınması, şəhidlərimizə edilən hörmət, qazilərimizin maddi imkanlarının yaradılması, Qarabağda yenidənqurma işləri kimi işlər davam edir. Buna görə ölkə olaraq Prezidentimizə təşəkkürümüzü bildiririk. İnşallah bundan sonra da bizim üçün belə faydalı işlər görməyə davam edər".

Şəhər sakini professor Faiq Musayev: "Prezidentimizin böyük aktivliyi olub ki, Respublikamız bütün dünyada tanınır, ölkələr bizə diqqətlə qulaq asırlar. Bəziləri etiraz edir, onların siyasəti düzgün deyil. Əsas da Qarabağın azad edilməsi ən böyük uğur oldu. Qəhrəman ordumuz böyük cəsarətlə qələbəmizi qazandılar. Təşkilatçı da hörmətli Prezidentimiz İlham Əliyev idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB