"Emosional dəyişiklik çox vaxt insandan asılı olmur" - İZAH EDİLDİ
"Bipolyar pozuntulu insanlarda müəyyən affekt pozuntu, yəni bipolyar affektiv pozuntu ilə adlanan bu prosesdə əhvalın aşağı enməsi, qəfil qalxması prosesləri müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, bu cür emosional dəyişiklik çox vaxt insandan asılı olmur: "Mütəmadi ağlamaq, ağlayaraq fikirlərini ifadə etmək, qəfil gülmək kimi emosional dəyişikliklər, insanlarda bunların qalxıb enməsi sinir sistemi ilə əlaqədardır. Ona görə də bipolyar affektiv pozuntulu insanlar davamlı olaraq psixoloji müalicələrini dayandırmamalıdırlar".
"Birinci növbədə diaqnoz düzgün qoyulmalıdır. Diaqnoz qoyulandan sonra psixi mənada psixiatra müraciət etməlidir. Çox insan bundan qorxur, qəribə reaksiya verirlər. Bu hal bir çox insanda müşahidə olunur. İnsanda genetik də ola bilir və bu qədər təlaşa düşməyə gərək yoxdur. İnsanlar bu analizi müəyyən etdikdən, mütəxəssislə ünsiyyətə girdikdən sonra müəyyən qərar özlərini korreksiya etməyi bacarırlar. Düzgün diaqnoz qoyulduqdan sonra psixoterapevt tərəfindən müalicə düzgün təyin olunmalıdır. İnsan davamlı psixoloji konsultasiyalara gedərək bu problemi aradan qaldırmağa müvəffəq olur" - deyə o, sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB