Qorxunun yaranma səbəbləri BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

Qorxunun yaranma səbəbləri BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

“Qorxuların yaranma səbəbləri müxtəlifdir və yaş dövrünə görə dəyişir. Elə qorxular var ki, onlar daim bizlə olur. Bu kimi qorxulara ölüm qorxusunu misal çəkmək olar. Ailədə bir yaxınımızı itirdikdə bu qorxu daha da artmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, yuxarıda sadalananlar real qorxulardır: “Lakin qeyri-real olan qorxular da var. Bu məhz olmayacaq hadisələrdən qorxmaqdır və ciddi problem kimi özünü göstərir. Uşaq vaxtı qorxudulan uşaqlar yeniyetməlik dövründə də bəzi qorxulardan əziyyət çəkirlər. Buna görə də uşaqları bu və ya digər şəkildə qorxutmaq düzgün deyil. Həmçinin insanların dini qorxuları da olur ki, bu özünü daha çox yeniyetmə yaşlarında göstərir. Bəzi qorxular var ki, onlar ciddi problem kimi özünü göstərir və insanın dəstək almasına ehtiyac yaranır”.

Bütün xəbərlər Facebook səhifəmizdə