Bahalı avtomobil nömrələrinin satışı necə həyata keçirilir? - EKSPERT AÇIQLADI
“Avtomobil nömrələrinin qeydiyyatı Daxili İşlər Nazirliyinin Baş Dövlət yol polisi tərəfindən həyata keçirilir”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, belə hallara nəzarət də həmin qurum tərəfindən həyata keçirilir: “Nömrələrin alışı və satışı dövlət rüsumu ilə tənzimlənir. Dövlət rüsumu hərflərə, rəqəmlərə uyğun dəyişə bilir. Amma bəzi şəxslər də var ki, bundan qazanc mənbəyi kimi istifadə etməyi bacarırlar. Onlar nömrəni əvvəlcədən alaraq satışını həyata keçirirlər”.
Ekspert bildirib ki, burada bəzən böyük pullar rol oynayır: “30 min manata, 50 min manata avtomobil nömrələrinin satıldığının da şahidi oluruq. Bu nömrələrin dövlət qeydiyyat rüsumları artıq sövdələşmədən asılı olaraq dəyişir. Bəzi adam nömrəni satır qeydiyyat rüsumunu da qarşılayır, bəzisi isə əksinə rüsumu ödəmir, alan şəxs qarşılayır. Belə hallar birbaşa şəxslərin özündən asılıdır. Hansısa nömrəni əvvəlcədən əldə edir, sonradan sata da, saxlaya da bilirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB