"Gənclər Gələcəyimizdir" adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

"Gənclər Gələcəyimizdir" adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Fevralın 3-də “Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər Gününə” həsr olunmuş “Gənclər Gələcəyimizdir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Mahmudzadə Elvin açıq elan edib.

Növbə ilə şəhid atası, qazilər, QHT sədrləri, idmançı və gənc vətənpərvər gənclər çıxış ediblər.

Tədbirdə iştirak edənlər gənclərimizin dövlətimizin inkişafındakı və vətəndaş cəmiyyətində aktiv iştiraklarından, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin potensialından söz açıblar.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə