“Gənclərə öyrənməyi öyrətməliyik” - EKSPERT DANIŞDI

“Gənclərə öyrənməyi öyrətməliyik” - EKSPERT DANIŞDI

“Gənclər gələcəkdə hansı peşələrin aktual olacağını düşünürək, peşə seçimində çətinlik çəkirlər. Bu məsələyə münasibət birmənalı deyil. Amma həqiqət budur ki, hazırda müasir texnologiyalar dövrüdür və bir neçə il sonra inkişaf daha da sürətlənəcək, süni intellekt daha da həyatımıza daxil olacaq. Bu baxımdan da gələcəyin peşələri ilə bağlı birmənalı olaraq danışmaq çətindir”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru Azərbaycan Gənc Alim, Doktorant və Mağistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, bərbərlik bəzi klassik peşələr var ki, onlara hər zaman ehtiyac olacaq: “Amma dulçuluq kimi klassik peşələrin isə gələcəyi ilə bağlı nəsə demək çətindir. Gələcəkdə mühasibatlığın, operatorların, poçtalyonun işinə artıq ehtiyac qalmayacaq. Çünki hazırkı dövrdə belə bu cür bir çox peşələrə o qədər də ehtiyac yoxdur. Buna görə də peşə seçərkən diqqətli olmaq lazımdır. Ümumiyyətlə süni intellektin inkişafı və onun özü ilə gətirəcəyi həqiqətlər, rəqəmsallaşma gələcəyin peşələri ilə bağlı fikir söyləməkdə çətinlik yaradır. Buna görə də gənclərə peşələrlə yanaşı, daim öyrənməyi öyrətməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə