“Kolbasa alarkən iki dəfə düşünmək lazımdır” - EKSPERT NARAZILIQ ETDİ
“Ucuz kolbasaların mənşəyi ucuz ətlərdən hazırlana bilər. Belə deyim dana əti çox bahalıdır keyfiyyətinə görə, lakin mal əti dana ətinə nisbətən ucuzdu. Bu dana ətinin çıxıntıları var hansı ki, biraz emaldan keçir və müəyyən çıxıntıları qalır”. Bunu SİA-ya açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib.
Mütəxəssisin sözlərinə görə, həmin çıxıntılar kolbasaya gedə bilir, toyuq kolbasasında da bu hal yaşanır: “Yəni ucuz ətdən hazırlanır və bu əgər brenddirsə əlbəttə qiymətidə ucuz olmayacaq. Maliyyə xərclərinə uyğun olaraq hesablanmış bir qiymət qoyulacaq amma ola bilər ki, bu xərclər aşağı olsun o zaman mənşəyinin məlum olub-olmaması bəlli olmalıdır.
Bilirsiz nəzərə alsaq ki, geri qayıdan kolbasalardan da yenidən istifadə oluna bilər və yaxud etiketləri dəyişib yenidən göndərilə, ucuz kolbasaların satışı baş verə bilər. Belə deyək əgər məhsul ucuzdusa, mənşəyi məlum olmayan ətdən hazırlanırsa ucuz deyib bahalaşdırmayaq. Mənşəyi məlum olmayan ətdən hazırlanan kolbasalar təbii ki, mikrobioloji çirklənməyə məruz qalma ehtimalı yüksəkdi və bu da öz növbəsində qida zəhərlənməsinə, mədə bağırsaq problemlərinə əlavə yol aça bilər. Ona görə də kolbasanı alanda iki dəfə düşünmək lazımdır və fikrimcə, kolbasanı bahalı alsınlar. İndi deyəcəklər ki, bahaya mənim imkanım yoxdu. 1 kq ucuz alıb zəhərlənməkdənsə 100 qr bahasını al delikates kimi istifadə elə. Ümumiyyətlə delkates şəklində 1-2 dilimlə kifayətlənməli və qara çörəynən ağız dadını dəyişmək üçün istifadə etmək olar. Belə desək kolbasaların yaxşısı, pisi də zərərlidir”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB