"Vegeterian pəhrizi rasional elmlə ziddir" - DİETOLOQDAN AÇIQLAMA

"Vegeterian pəhrizi rasional elmlə ziddir" - DİETOLOQDAN AÇIQLAMA

"Vegeterianlar daha çox heyvan məhsullarından imtina edib bitki tərkibli qidalardan istifadə edən insanlardır". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-dietoloq, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib.

O, bildirib ki, veganlar da var ki, onlar ümumiyyətlə heyvana aid hər şeydən imtina edənlərdir: "Yumurta, süd, baldan belə imtina edirlər. Amma vegeterianlar sadəcə ət məhsullarından imtina edir. Vegeterianlıq sağlam rasional qidalanma üçün düzgün deyil. Çünki rasional qidalanma elmi deyir ki, həm heyvan mənşəli, həm də bitki mənşəli qidalardan istifadə edin. Heyvan mənşəli və bitki mənşəli zülallar var. İnsanın hər ikisinə ehtiyacı olur. Sadəcə ət yeməyib bitki tərkibli qidalardan bəslənənlərdə B12 vitamini çatışmazlığı ciddi şəkildə meydana çıxır. B12 yalnız ətin tərkibində olur. Bu maddəyə ehtiyac yaranması vegeterianlar, veganların ciddi anemiyadan əziyyət çəkməsinə səbəb olur. Onlar izah edirlər ki, biz dəmiri, digər maddələri toxumlardan, bitkilərdən alırıq. Dediyim kimi, bitki tərkibli dəmirin alınması başqadır. Heyvan mənşəli dəmirin alınması orqanizm üçün daha vacibdir".

Həkim-dietoloq əlavə edib ki, bitkidə olan dəmirin orqanizmdə mənimsənilməsi daha tezdir, amma bitkidə 3 valentli, 1 valentli dəmir var: "Bir var çevrilmə nəticəsində olsun, bir də var ki, birbaşa orqanizmə daxil olsun. Rasional, sağlam qidalanma elmi balanslaşmış şəkildə bəslənməni məsləhət görür. Onun üçün vegeterian pəhrizi rasional elmlə ziddir. Hamını balanslı bəslənməyə səsləyirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə