Narsizm psixoloji haldır, yoxsa xəstəlik? - AYDINLIQ GƏTİRİLDİ

Narsizm psixoloji haldır, yoxsa xəstəlik? - AYDINLIQ GƏTİRİLDİ

“Narsistlik şəxsiyyət pozuntusudur, psixi xəstəlikdir. Narsist insanlar bəzən özlərinin narsist olduğunu görmür, fərqinə varmırlar. Çünki yalnız qarşı tərəfi günahlandırmaqla məşğul olurlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, narsistlər qarşı tərəfi günahlandırmaqla yanaşı, onu əzmək, alçaltmaq və özü haqqında daim yüksək fikirdə olması ilə seçilirlər: “Narsistlər hər zaman öz istəklərinin olmasını istəyirlər, bu da eqoistliklə müşahidə olunan bir haldır. Ümumiyyətlə narsist insanların ən böyük problemləri özlərini kənar görməmələridir. Hər zaman daxillərində özgüvənsizlik, sıxıntı yaşayır, özlərində nəyinsə çatmadığını düşünürlər. Lakin buna rəğmən narsist olduqlarını düşünmür, görmürlər. Narsist insanın davranışları və sözləri biri-birinə bənzəyir. Bu cür insanlar qarşı tərəfi qiymətləndirə bilmir, daha çox alçaltmağa meyilli olurlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə