"Bu günün zəmanəsi üçün gənclik çox şanslıdı” - MÜNASİBƏT BİLDİRİLDİ
“Gənclər ümumiyyətlə psixoloji və sosioloji amillərin təsiri altında formalaşır. Gənclik dövrünün birincili və ikincili inkişaf dövrü var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nuranə Cəfərova deyib.
Psixoloqun sözlərinə görə, gənclik dövrü dediyimizdə burada artıq özünü kəşf etmə, şəxsiyyət formalaşdırma, tam özünü anlama dövrü başlayır: “Təbii ki belə bir dövrdə həm sosial, həm də psixoloji amillərin insan həyatına böyük təsiri olur. Bu dövrdə insanın daha çox öz istəkləri arzuları, öz bacarığlarının ardınca getməkləri, özünü təsdiqlənmə duyğusu daha öndə olur. Mənim həmişə qeyd etdiyim deyimim var, gənclər düşünür “Dünya onun üzərinə gəlir”. Amma əslində bəzən mən deyərdim ki, həqiqətən bir gəncin ən böyük uğuru ona qarşı olan üstə getmələridir ki, bu da insanın öz inkişafına təsir edir. Bu günləri gənclərimizdə psixoloji olaraq böhran, yeniyetməlik olur. Ancaq gənclik ikinci yeniyetməlik dövrüdü və əslində bu dövrü böhran dövrü də adlandırmaq olar. Çünki duyğuların avtomatik olaraq hər an yerdəyişmək olduğu bir dövrdə təbii ki, belə bir emosional vəziyyətdə olan gənclik tez-tez atek hallara düşmək, tez-tez əhval ruhiyə dəyişkənliyində olur.
Gənclik niyə kədərlidir? Baxın bu düşüncə əslində yoxdur, sadəcə olaraq o gənclik dövrünün ruh halı psixoloji olaraq qarışıq olur. Ümumiyyətlə xoşbəxt olmaq üçün nəsə etmirsən, xoşbəxt olmaq üçün ətrafıvı doğru görməyə başlayırsan, əlindəkini yaxşı dəyərləndirirsən. Xoşbəxtliyin fərqi yoxdu, bu, bir gənc və yetişkin insana aid olsa da xoşbəxtliyi açıq qapı olaraq tapmırıq. Xoşbətlik hər insanın yanındadı. Sadəcə olaraq hər insan onu necə görür, necə dəyərləndirir o vacibdir. Mən bu gənclikə bağlı çox gözəl söz deyəcəm və həmişə də bu sözü deyirəm. Bu gün gənclik əslində ən gözəl illərini, ən gözəl şəraitlərini yaşıyır, bu günün gənclər üçün hər bir şərait yaradılıb. Bəzi ailələri çıxmaq şərti ilə hətta öz fikir, ifadəsini deyə bilir. Hər bir gəncin fikir söyləmək imkanı, azad fikir söyləmək imkanı var. Gənclərin özünü inkişaf etdirməsi üçün çox şərait yaradılır və ona görə də gənclik kədərli deyil. Bu günün zəmanəsi üçün gənclik çox şanslıdı”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB