"Bu mübarizəni qazananlar və qazanmayanlar da olur" - PSİXOLOQ FİKRİ
“Ümumiyyətlə insan hansısa xəstəliyin özündə aşkarlanmadığına qədər özünü sağlam, yenilməz hesab edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib..jpg)
Onun sözlərinə görə, təəssüflər olsun ki, insan sağlamlığında, orqanizmində elə xəstəliklər var ki, onlar ölümə gətirib çıxaracaq xəstəliklərdir: “İnsanın təməl qorxularından biri də ölüm qorxusu olduğu üçün bu xəstəlikdən qarşılaşmaqda çox çətinlik çəkir. Əsasəndə bu xəstəliyin olduğunu bilən insanlar böyük bir səy göstərir, müalicə edirlər və daxildəki inam xəstəliklərin təlafi olunmasına böyük bir vəsilədir. Hər bir insan bir şeyi başa düşməlidir ki, dünyada yaşam varsa, ölümdə var.
Adaptasiya olmaq çətin məsələdir amma bu çətinliyi də ram edən və yaxud ram edə bilməyibdə bunun əziyyəti, narahatçılığı ilə yaşayan insanlarda var. Ona görə də hər bir insan həyatında xoşbəxt, sağlam yaşamağı üçün öz həyatında doğru şəkildə yaşamın qiymətini bilməlidir. Hər bir insan bu həyatda yaşadığı hər bir anı dəyərləndirməlidir. Xərçəng xəstəliyi özündə və doğmalarında da ola bilər. Düzdür bunu qəbullanmaq çətin olur və itirmək qorxusundan əziyyət çəkən insanlar əlaxsus bu problemi çox çətinliklə həyatlarından çıxardırlar. Özündə bu problemi olan insanlar müalicələr edir və insan öz ölümünü bilmir lakin son gününə kimi mübarizə aparır. Bu mübarizəni qazananlar və qazanmayanlar da olur. Psixoloji dayanığlıqı olan insanların əksəriyyəti təslim olmamağı bacarır”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB