"Gənclik cəmiyyətin aparıcı qüvvəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, sağlam gənclik sağlam nəsil deməkdir: "Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Azərbaycan hakimiyyəti ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Son 30 ildə görülən işlərin nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etmək üçün çoxsaylı Dövlət Proqramları qəbul olunub. Düzgün müəyyənləşdirilən dövlət siyasətinin nəticəsidir ki, gənclər idarəçilikdə də yüksək mövqelərdə təmsil olunur".
"Gənclərin fəaliyyət və təşəbbüsləri dövlətimiz tərəfindən daima dəstəklənir. Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və mütəxəssis ordusunun yetişməsini, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son iki il ərzində gənclərlə 4 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib, gənclər təşkilatlarının sərgisinə baxış keçirib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Hakimiyyətin diqqət və qayğısı ilə əhatə olunmuş ölkə gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB