" Azərbaycan gəncliyi daim dinamik şəkildə inkişaf etməkdə, irəliləməkdədir" - SORĞU

" Azərbaycan gəncliyi daim dinamik şəkildə inkişaf etməkdə, irəliləməkdədir" - SORĞU

2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Dövlətin gənclərə göstərdiyi diqqət onları qane edirmi? Bəs gənclərimiz özünü və Azərbaycan gəncliyini Azərbaycan xalqı üçün faydalı hesab edirmi? SİA mövzu ilə bağlı gənclər arasında sorğu keçirib:

Elmir Heydərli bildirib ki, gənclərə göstərilən diqqət onu çox qane edir: “Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsiylə gənclərə diqqət artıq start götürdü. Bu gün isə Ulu Öndərimizin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlahm Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir və düşünürəm bu diqqət növbəti illərdə daha da artırılacaq. Biz gənclərdə öz növbəmizdə düşünürəm ki, bizə bəslənən inam və etimadı max doğrultmalı və peşəsindən vəzifəsindən aslı olmayaraqdövlətimizə, xalqımıza layiqli şərəflə xidmət edən kadrlardan olmalıyıq”.

Həcər Əmiraslanlının fikrincə, “Bizlər, Qalib xalqın qalib gəncləriyik” ifadəsini bu gün ürəkdən səsləndirə bilmək nəyə desək dəyər. “Şərəfli tariximizin yazılmasında ən mühüm rollardan biri də, məhz Əbədi Tarixə dönüşən gənclərimizdir. Şükürlər olsun ki, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma torpaqlarımızın qisası, vətənin əmin-amanlığı naminə öz canını qurban verməkdən belə çəkinməyən, bizim əbədi qürur mənbəyimizə çevrilən -şəhidlərimizin, qazilərimizin qanı yerdə qalmadı. Xüsusilə, II Qarabağ müharibəsi ərəfəsində bir daha dərk etdik ki, “Sabahın təməli” olan biz gənclər daim özümüzü inkişaf etdirməli, güclü olmalı, hər zaman birlik uğrunda mümkünsüzü belə mümkün etməyi bacarmalıyıq. Çünki Doğma Xalqın işıqlı sabahı, nurlu gələcəyi, məhz biz gənclərik. Hazırda ölkəmizdə gənclərimizin sağlam təməli, inkişafı, savadlanması uğrunda müxtəlif təşkilatlar, layihə proqramları baş tutmaqdadır. Ümid edirəm ki, Gəncliyin inkişafı naminə yazılmış proqram layihələrinin sayı günü-gündən artacaq, bizlərə göstərilən qayğı və dəstəyin ardı-arası kəsilməyəcək, gələcəyin yeni-yeni tarixlərini məhz bizlər yazacağıq. Bütün Gənclərimizi Ürəkdən Təbrik Edirəm”!

Seyranə İbrahimova qeyd edib ki, dövlətimizin Gənclər siyasətini bir gənc olaraq çox bəyənir və dəstəkləyir: “Bu gün gənclərə həm nəzəri həm də praktiki biliklərin öyrədilməsi üçün müxtəlif proqramların olması bizi sevindirir və arzulayırıq ki, bütün bu tədbirlərın sayı günü- gündən artsın. Azərbaycan Gəncliyini xalqımız üçün faydalı hesab edirəm və düşünürəm ki, biz üzərimizdə daim işləməliyik”.

İsmayıl Abdullazadə bildirib ki, dövlətin gənclərə diqqət göstərməsi geniş ictimai və sosial inkişafın əsaslarından biri hesab olunur: “Gənclərin inkişafı, onların bacarıqlarını inkişaf etdirməsi və müstəqil düşüncələrini formalaşdırması üçün dəstək təmin etmək, bir ölkənin gələcəkdəki nailiyyətinin təminatıdır. Bir gənc olaraq özümüzü, Azərbaycan gəncliyini ölkəmiz və xalqımız üçün faydalı hesab etmək, öz bacarıqlarımızı inkişaf etdirmək və sosial müstəqil düşüncəni artırmaq önəmlidir. Dövlətimiz tərəfindən təmin olunan təhsil və inkişaf proqramlarından faydalanmağımız, cəmiyyətin sosial və iqtisadi sahələrində fəaliyyət göstərməyimiz üçün geniş imkanlar yarada bilər.Hər bir gənc öz potensialını reallaşdırmağa nail olarsa, bu ölkənin inkişafına və sahibkarlığına təsir edəcək, daha güclü, müstəqil və rifahlı cəmiyyətin formalaşmasına kömək edəcəkdir”.

Rəfiqə Namazəliyeva qeyd edib ki, dövlətimizin gənclərə göstərdiyi diqqət onu çox qane edir: “Həmçinin Azərbaycan gəncliyini xalqımız üçün faydalı hesab edirəm. Azərbaycan gəncliyi daim dinamik şəkildə inkişaf etməkdə, irəliləməkdədir. Düşünürəm ki, illər keçdikcə də cənab Prezidentimiz İlham Əliyevin səyləri nəticəsində göstərilən qayğı daim inkişaf edəcək və Azərbaycan gəncliyi daim irəlidə olacaq”.

Xanım Səmədzadə deyib ki, dövlətin gənclərə diqqət göstərməsi ictimaiyyət və ölkənin inkişafı üçün vacibdir: “Gənclər inkişaf etdikcə və mövcud imkanlardan istifadə etdikdə ölkə üçün potensial inkişafın təməlini qoymağa kömək edir. Düşünürəm ki, dövlətimiz də müxtəlif istiqamətdə gənclərin inkişafına hər zaman dəstək göstərir. Azərbaycan xalqının inkişafına nail olmağa yardım edən gənclik, ölkənin nəaliyyətlərində də əhəmiyyətli rol oynaya bilər. Gənclərimizin ölkəmizin inkişafı üçün atdıqları faydalı addımlar günü gündən artır və bu çox qürur verici haldır. Bir gənc olaraq mən də hər zaman ölkəm və ölkəmin vətandaşlarına faydalı olmağa çalışmışam. Çünki inanıram ki güc birlikdən doğur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə