"Şüuraltı bizim maddi aləmdə - həyatda neqativ, yaxud pozitiv baxımdan var olma səbəbimizdir". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

Astroloq bildirib ki, bu, bizə doğru istiqamətlənməyə kömək edir: "Şüuraltı istər neqativ, istərsə də pozitiv istiqamətdən həyatımıza məna qatan, həyatımızın öz əlimizdə var olmasına səbəb olan mənadır. Həyatımıza istənilən halda təsir edə bilir. Əgər şüuraltımızda daha çox neqativ sözlər, fobiyalar, neqativ kodlaşmalar, neqativ inanclar varsa, həyatımıza neqativ tərəfdən təsir edəcək. Əgər pozitiv kodlamalar, pozitiv inanclar, pozitiv dünyabaxışı varsa, şübhəsiz, həyatımıza pozitiv tərəfdən təsir edəcək. İstənilən sahədə şüuraltımız bizə şans verir ki, həyatın həm pozitiv, həm də neqativ tərəfini istifadə edə bilək. Bu da bizim şüurlu şəkildə nəyi istəməyimizdən və həyatımıza nəyi çəkmək istəməyimizdən asılıdır. Təbii ki, şüuraltı şüura tabedir, şüur tərəfindən idarə olunan anlayışdır. Daha ana bətnində olanda şüuraltımız yaranır. Bizim şüuraltımız 3 yaşındakı uşaq düşüncəsində olur. Nə deməyimizdən, ona nəyi verməyimizdən asılı olaraq həyatımıza da onu əks etdirir.
Şüuraltı necə formalaşır?
Biz ana bətnində olan zaman ilk şüuraltımız yaranır. Ananın keçirdiyi problemlər, qorxuları, travmaları, pozitiv inancları ana bətnində olan zaman şüuraltımıza yazılır, kodlaşdırılır. Kodlaşan şüuraltı anadan olanda bizimlə baza şəklində dünyaya gəlir. Növbəti illərdə, gələcək addımlarımızda öz təsirini saxlayır. Şüuraltını müsbət istiqamətdə dəyişə bilərik. Bir insanın şüuraltında həddindən artıq neqativ fikirlər, ifadələr, fobiyalar, qorxular, yaşadığı travmalarla əlaqəli uğursuzluqlar varsa, bir zamandan sonra həmin insanların həyatında bəzi şeylər axarında getməməyə başlayır. O insanın həyatı bloklanır, uğursuzluqlar onu izləyir, neqativ insanları cəlb edir, uğursuz insanların əhatəsində özünü tapır. Bu o deməkdir ki, şüuraltımız neqativ tərəfindən istifadə olunur və neqativlikləri həyatımıza çəkir. Biz bunu müsbət istiqamətdə müəyyən seanslar, terapiyalar, özünütəlqin üsulları ilə yaşdan asılı olmayaraq dəyişə bilərik".
"Şüuraltının var olması məcburiyyətdir, mütləq şəkildə fizioloji quruluş olaraq tərkib hissəmizdir. Necə ki, şüurumuz var, eyni zamanda şüuraltımız da var. Şüur 5% təşkil edirsə, 95% isə şüuraltımız tərəfindən idarə olunur. Şüuraltı məcburiyyətdən, inanclarımızdan, mühitdən asılı olaraq müəyyən istiqamətdə, səviyyədə dəyişir. Biz bunu məcburiyyət kimi qəbul edirik. Neqativ mühitdə olan insanın pozitiv düşüncə tərzinin olması mümkün deyil. Sadəcə özü istəyib dəyişə biləcəyi halda mümkündür. Dəyişmək vərdişlərdən bilavasitə asılıdır. Əgər 21 gün pis, ya da yaxşı mənada bir hərəkəti edəriksə, vərdişə çevrilir. Vərdişə çevrilmiş məsələni şüuraltı olmuş kimi qəbul edir, özündə saxlamağa çalışır. Gündəlik həyatda gördüyümüz işlər mexanikləşmiş vərdişlərimizin, şüuraltının bizə verdiyi yansımalardır.
Uşaq daha ana bətnində olanda ananın keçirdiyi hisslərlə, yaşadığı situasiyalarla əlaqəli müəyyən kodlaşma ilə dünyaya gəlir. Uşağın dünyaya göz açdığı mühitdən çox şey asılıdır. Hər bir valideyn öz övladını tanımalıdır. Uşağın həyatında nəyin yolunda gedib-getmədiyini ilkin vaxtda üzə çıxarıb dəyişə bilirsə, daha tez və rahat həll etmək olar. İllərin yaşanmış inançlarının üzərindən xətt çəkib onu pozitivə istiqamətləndirmək daha çətindir. İnsan özü istəmədiyi müddətdə heç kim ona təsir edə bilməz. Bu problemin uşaqlıqda kəşf olunub aradan qaldırılması daha uğurlu olar. Çox vaxt keçib, həyat sınaqlarından keçdikdən sonra insan bir az kecikmiş oluruq" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB